Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr-ti,
Azure Business Center, 11/68, AZ1025
Tel: +994 12 310 09 88
               
E-poçt: office@m-p.az

VIRTUAL HÜQUQ KLINIKASI

Təhlükəsizlik kodu           

04:56

16-06

SAKIN

Sual: salam.men turkiyede aile qurmuwam.9 ildi Bakidayam. Orda men bowanmadim,sadece cixdim geldim. Burda yeniden bawqa bir insanla nikah baqlaya bileremmi? Qanun buna icaze verirmi? Onceden tewekkurler.

Cavab:

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə görə ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 148.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir.
Əgər Türkiyə Respublikasında bağlanan nikah etibarlıdırsa (yəni Türkiyə Respublikasının ailə qanunvericiliyinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun bağlanmışsa), onda həmin nikah pozulmadan Sizin yeni nikaha daxil olmanız mümkün deyildir.

25 26 27