09:39
18-01
Sual: Salam, hazırda yaşadığım mənzil anamın adınadır. Qeydiyyatda mən, qardaşım və bacımdır. Bir neçə il bundan əvvəl anam öz adına olan başqa bir mənzili sataraq qardaşım və bacım arasında bölmüşdür. Beləliklə bacımın adına bir mənzil alınmış(bu mənzildə həmçinin anamın özü qeydiyyatdadır), qardaşıma isə ev tikməyi üçün pul verilmişdir. Lakin qardaşımın evinin kupçası olmadığına görə hələ də anam və mənim yaşadığım evdə qeydiyyatdadırlar. Hazıda isə anam bizim yaşadığımız evi mənə hədiyyə etmək istəyir. Lakin qardaşım və kürəkənlə münasibətlərin gərgin olduğuna görə onlar evin mənə hədiyyə verilməsinə yazılı razılıq vermirlər. Xahiş edirəm evin hədiyyə verilməsi vəya digər vərəsəlik üsulları barədə konkret bu hal üçün çıxış yolu barədə məlimat verəsiniz. Qeyd edim ki mən qardaşım və bacımın qeydiyyatda olmasına etiraz etirəm və bundan sonra evi satmaq fikrim yoxdur. Öncədən təşəkkür edirəm.
Cavab: Sizin üçün ən yaxşı çıxış yolu ananızın evi sizə vəsiyyətnamə ilə vəsiyyət etməsidir. Bunun üçün notariusa müraciət etməli və vəsiyyətnamə yazmalıdır. Vəsiyyətnamə yazmaq üçün qeydiyyatda olan şəxslərin yəni, qardaşınızın, bacınızın və kürəkənivizin razılığı tələb olunmur.
16:55
17-01
Sual: Salam.men 4ayliq qizimin dogum haqqinda shehadetnamisini xarice gederken itirmishem.yenisini nece elde bilerem? Onu da qeyd edimki korpenin shexsiyyet vesiqesi ve xarici passportu var.
Cavab:
14:29
15-01
Sual: Salam..yasadiqimiz ev atamla bibim arasinda beraber bolunub...sualimsa budur ki ev nece senedlesmelidir...ve bizim bu evde payimiz varmi???
Cavab: Evi özəlləşdirmək üçün atanız Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə müraciət etsin orada lazım olan sənədlərin siyahısını verəcəklər. Siz isə əgər bu evdə qeydiyyatdasınızsa özəlləşmə zamanı pay hüququnuz var.
12:49
15-01
Sual: Salam.biz yoldaşımla boşanırıq.Evləndikdən 1il sonra menim atam mene ev aldı menim adıma yəni yoldaşım bu eva 1 manat da pul xerclemedi.boşanma zamanı bu əmlak bölünəcək?
Cavab: 1.
12:51
13-01
Sual: Salam men 2 ildir Rusiyada Aileli olmuwam Azerbaycan vetendawiyam.Hal-hazirda Azerbaycandayam.Bosanmaq istiyirem nigahimiz Rusiyada olub.Bilmek istiyiremki men Rusiyaya getmeden nece bowana bilerem.Xais edirem sualima cavab veresiz
Cavab: Əgər həyat yoldaşınız Azərbaycan Respublikası vətəndaşıdırsa, onda siz boşanmaq üçün ərizəni onun Azərbaycanda sonuncu qeydiyyatda olduğu yerdə verə bilərsiniz. Bundan başqa sizin uşaqlarınız varsa ərinizin qeydiyyatda olduğu yerə getməyə çətinlik çəkirsinizsə, onda siz nikahın ləğvi və aliment tələbi barədə ərizəni yaşadığınız yerin məhkəməsinə verə bilərsiniz.
02:31
10-01
Sual: Salam. Mən öyrənmək istərdim,boşanma zamanı əgər ailədə 2 oğlan uşağı varsa (təvəllüd 2011 və 2012) ananın razılığı olmadan uşaqlardan heç olmazsa birinin ata ilə qala bilərmi? Hansı hallarda övladlar ataya verilir? Əgər qadın ərinin evində qeydiyyatda deyilsə , ev ərin valideyninin adınadırsa məhkəmə bu evdən qadına pay ayrılması barədə qərar verə bilərmi? Boşanma zamanı qadının və uşaqlar onunla qalacağı halda uşaqların yaşayış məkanıyla bağlı problemi bu hallarda necə həll olunur? Nigah müqaviləsi olmadan qadın ərindən maddi nə tələb edə bilər? Ramiz Qemberov
Cavab: Xeyir. Ananın razılığı olmadan bu işin həll olunması ehtimalı çox azdır. Ana analıq hüququndan məhrum olarsa o halda uşaqlar sizə verilə bilər. Siz dediyiniz halda qadına evdən pay düşmür.
18:04
09-01
Sual: Salam.men adimi deyismek istiyirem ve bilmek istiyiremki hara muraciet elemeliyem ve hansi senedler mene lazimdi. Ozum gencede anadan olmusham ama bakida yasayiram ve baki qeydiyyatindayam.mene xirdaligina qeder deyersiz hansi senedler lazimdi ve nece etmeliyem. 20 yaşim var
Cavab: bu məqsədlə “ASAN xidmət” mərkəzinə üz tutan vətəndaşdan 9 sənəd tələb olunur:
- adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə ;
- ərizə verən şəxsin doğum şəhadətnaməsi;
- ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
- ərizə verən şəxsin nikahı pozulubsa, nikahın pozulması haqqında şəhadətnamə;
- ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları varsa, onların doğum şəhadətnaməsi;
- şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
- çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
- ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;
- dövlət rüsumunun (10 manat) ödənilməsi barədə sənəd.
Bəs şəxsiyyət vəsiqəsində və ya doğum şəhadətnaməsində orfoqrafik səhvlə yazılan adları necə dəyişmək olar? Azərbaycanda belə hallara çox rast gəlinir: sənədlərdə Rafael əvəzinə Rəfayıl; Oqtay əvəzinə Oktay... Bu halda vətəndaş nə etməldir?
İstənilən halda adın dəyişdirilməsi üçün vətəndaşın doğum şəhadətnaməsi əsas götürülür: “Bizim adın dəyişdirilməsi üzrə həyata keçirdiyimiz xidmət Ədliyyə Nazirliyinə aiddir. Əgər şəxsiyyət vəsiqəsi və ya xarici pasportda doğum şəhadətnaməsi ilə üst-üstə düşməyən məlumat varsa, hər hansı texniki səhv olubsa, onu vətəndaş dərhal, yerində və ya sonradan görüb gəlibsə, qurum sənədi dəyişir. Doğum haqqında şəhadətnamədə hansı məlumat varsa, onlar eynilə şəxsiyyət vəsiqəsində, daha sonra şəxsiyyət vəsiqəsinin əsasında da xarici pasportda əks olunur. Əgər doğum haqqında şəhadətnaməni alan vətəndaş burada yol verilən texniki səhvə əhəmiyyət verməyib onun əsasında şəxsiyyət vəsiqəsi, sonra pasport alıbsa, dəyişiklik kökündən aparılır.
Tutaq ki, adı doğum şəhadətnaməsində “Səyidə” göstərilən vətəndaş adının dəyişdirilib düzgün formada, yəni “Səidə” yazılmasını istəyirsə, yenə də bu, ad dəyişmə sayılır. Vətəndaş ilk olaraq aidiyyəti rayon üzrə vətəndaşlıq aktlarının dövlət qeydiyyatı şöbəsinə və ya həmin qurumun “ASAN xidmət” mərkəzlərindəki bölmələrinə müraciət edir, prosedur oradan başlayır. Çünki ilkin sənədi həmin qurum verib. Doğum şəhadətnaməsi dəyişəndən sonra yeni ada uyğun yeni şəxsiyyət vəsiqəsi üçün müraciət edilir. Prosedur yenə ad dəyişmədə olduğu kimi davam edir, eyni sənədlər təqdim edilir, dövlət rüsumu ödənir, yeni adla yeni şəxsiyyət vəsiqəsi alınır. Əsas sənəd kimi doğum haqqında şəhadətnamə və orada göstərilən məlumatlar götürülür”.
07:17
09-01
Sual: Salam,hormetli huquqsunas.Bir qohum var bowanmaq uzrediler.Uzr isteyirem,eri qadini bawqa kiwilernen telefonda yaziwmalarini,videozvanoklarini tutub,yeni bir kiwiynen deyil bir nece kiwiynen eyni vaxtda yaziwirmiw,telefonda uzr isteyirem kiwilerin qadina yazdigi intim exlaqsiz sozlere kimi var. Telefondaki subutlar erindedi, bawqa subutlari yoxdu,indide eri bowanmaya erize vermek uzredi,senedleri hazirlayir,iki uwaqlari var,eri mehkeme yoluynan uwaqlari ala biler ya yox? Uwaqlarin birinin 5,birinide 3 yawi var.Uwaqlar hansi weraitde atada qala biler? Onceden tesekkurumu bildirirem.
Cavab: Məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır. Burada uşağın yaşından çox şey asılıdır. Bir qayda olaraq, 14 yaşına çatmamış uşaqlar məhkəmə tərəfindən analarının yanında saxlanılır. BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Məhkəmə qeyd edilən müstəsna hallarda, uşaq atasının yanında saxlanıla bilər. On yaşına çatmış uşaqların valideynlərdən hansının yanında qalması məsələsi məhkəmə tərəfindən uşağın mənafelərindən çıxış edilərək və uşağın fikri mütləq nəzərə alınaraq həll olunur. Bu halda, atanın, uşağın onun yanında qalması şansı müəyyən qədər artır. Məhkəmə uşağın yaşını, onun hər iki valideynə, bacı və qardaşına bağlılığını, valideynlərin əxlaqi və digər dəyərlərini, valideynin iş rejimi də nəzərə alınmaqla onun uşağı tərbiyə etməsinin mümkünlüyünü, valideynlərin maddi və ailə vəziyyətlərini nəzərə alır. Qeyd edək ki, valideynlərdən birinin maddi-məişət şəraitinin yüksək olması özü-özlüyündə uşağın onun yanında qalmsı tələbinin təmini üçün ona mütləq və şərtsiz üstünlük vermir.
Beləliklə, uşağın atanın yanında qalması mübahisənin faktiki hallarından asılıdır və bu məsələdə səlahiyyətli orqan işə baxan məhkəmədir.
13:50
02-01
Sual: Men Azerbaycan vetendashiyam. Norvec vetendashi ile evliyem. Osloda yashayiriq. Menim 42, erimin 45 yashi var. Azerbaycandan ovladliga ushaq goturmek isteyirik. Hansi teshkilata muraciet etmeliyik? ve Azerbaycanda bu mesele ile bagli valideynler ucun yash heddi varmi?
Cavab: Azərbaycanda övladlığa uşaq götürülməsi Ailə Məcəlləsi və "Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot Qaydalarının, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydasının və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot Qaydasının təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 20 sentyabr 2000-ci il tarixli Qərarı ilə tənzimlənir.
Ailə Məcəlləsinin tələbinə görə, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər.
Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan ərazisində daimi yaşayan Azərbaycan vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları övladlığa götürmədikdə icazə verilir. Bu halda, övladlığa götürməyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı əsasında yol verilir: "Hər hansı şərtlər altında, hər hansı müddətə və ya nümayəndələr vasitəsilə övladlığa götürmək yolverilməzdir. Övladlığa götürmə məhkəmə tərəfindən həyata keçirilir. Övladlığa götürənlərin və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin övladlığa götürülmə barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır.
Həmçinin, valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər. Məhkəmə uşağın mənafeyini nəzərə alaraq valideyn, humayəçi, qəyyum, tərbiyə müəssisəsinin rəhbərinin razılığı olmadan da onun övladlığa götürülməsi barədə qətnamə qəbul edə bilər. 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə isə onun razılıq verməsi zəruridir.
Qanunvericilik övladlığa götürmə sirrini də qoruyur. Belə ki, övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağan edilir. Övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir. Övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə; valideynlik hüquqlarından sui-istifadə etdikdə övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə: xroniki alkoqolik və narkoman olduqda övladlığa götürmə ləğv olunur: "Uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir".
15:18
30-12
Sual: Bizim ev emimin adina idi ve emim rehmete getdi, indi onun aile uzvune kecir ev yoxsa mehkeme hell etmelidir? Bir de ki, menim bos torpagim varsa ve bu halda Mecburi kockun kimi mene ev dusurmu?
Cavab: 1. Əminizin evi onun övladlarına və arvadına miras keçir.
2. Əgər adınıza daşınmaz əmlak-ev yoxdursa sizə ev düşə bilər. Adınıza torpaq sahəsinin olması heç bir maneçilik törətmir.