Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr-ti,
Azure Business Center, 11/68, AZ1025
Tel: +994 12 310 09 88
               
E-poçt: office@m-p.az

VIRTUAL HÜQUQ KLINIKASI

Təhlükəsizlik kodu           

11:35

30-12

MURAD ƏSGəROV

Sual: Salam hörmətli hüquqşunas. Sizə sualım budur ki, 2-ci qrup əlil olan, başqa gəlir yeri olmayan 40 manat pensiya alan insandan 80 manat uşaq üçün aliment tutula biler mi? Aliment tələb edən qarşı tərəf əmək qabiliyyətlidir və hal-hazırda məntəqə müdiri işləyir.

Cavab:  Siz aliment məbləğinin azaldılması barəsində iddia qaldırıb, keçmiş arvadınızın işləməsi və yüksək gəlirinin sübutunu məhkəməyə təqdim edə bilərsiniz. 

08:05

30-12

ZAUR NACAFOV

Sual: ozal sirkat rahbari iscisni intizam masuliyyatina calb eda bilar,yoxsa intizam masuliyyatina calb etmak dovlat muessisasinin salahiyyatindadi

Cavab:   

Bəli, edə bilər. İşçilər əmək və icra intizamını pozduqda intizam məsuliyyətinə cəlb edilirlər.
İntizam məsuliyyəti yalnız işçi intizam xətası törətdidə yarana bilər. Belə ki, işəgötürən, işçi vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilir.
İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Qeyd olunan intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

07:06

30-12

AZER QULIYEV

Sual: Salam men nigahdan qabaq bir qadinla muveqqeti yawadim ve men ondan ayrlindan sonra bir ywaq dunyaya geldi ve men resmi aile qurdum ve iki oqlum var indi hemin qadin meni mehkemeye verdi ve mehkeme aliment kesdi aya 100 manat indi menim imkanim yoxdur ki onu verim ve men hemin mehkemde uzurlu sebebe gore iwtirak ede bilmedim ve mehkeme men olmadan alimen kesib indi meni imkanim yoxdur ki o alimenti verim xaiw edirem menim sualimi cavanlandrasiz men ne etmeliyem

Cavab:  Hörmətli vətəndaş, AR Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

12:04

28-12

ELDENIZ

Sual: Salam aleykum onceden tesekkur bosanmisiq menim iki usagim var bir qiz bir oglan mene usaqlarla gorus yalniz ayda iki defe verilib 8 saat qizin 9 yasi oglan 4 yasina kecib indi ele ekiyiblerki qiz menke goruse gelende mene deyirki seni gormek isdemirem el cek bu soz usaq sozu deyil bunu kecmis qaynanam doyerek bele eliyir buna eminem men bu halda onunla nece gorusmeliyem bu haqda birde esas oduki oglan 4 yasina kecmesine baxmayaraq bir ilde cemi 4 defe gormusem yenede meni isdiyir ve ureyi partlayacaq sekilde menden ayrilanda aglayir gec gec gorsemde usaq menim hesretimi usaqda olsa cox cekir ve her zamanda xesdedi meni gorende qizdirmasi xesdeliyi yox olur yeni onlarda olmagina baxmayaraq meni isdiyir meni maraqladiran esas usaqdi qorxuramki bele minvalla usaqda boyuk bir prablem ola yeni bu dediklerimi suburda eliye bilerem yeni sual usaq 4 yasfa olsada hetenin 2 3 gunu mende qala bilermi axi men neyniyem men biliremki usaq cox aci cekir yeni bu gozle goren olsa biler men neyniye bilerem

Cavab:  Təəssüf ki, məhkəmə artiq görüş saatını müəyyən edib və bu qərar qüvvəyə minib, lakin qarşı tərəfin bu qərara riayət etməməyə ixtiyarı yoxdur. Siz icra məmurundan qərarın tam icra olunmasını tələb edin.

04:53

28-12

RASHID ASKAROV

Sual: Salam. Dostumun 1 il evvel boshanib, ve bezi sebedlere gore ushagi imtina etmek isteyir. BUnu nece etmeldir ve imtina ettigi vax aliment odemelidir? Zehmet olmasa cevabi shexsi emaile gonderiniz Teshekkurler

Cavab:   

Hörmətli vətəndaş, AR Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

06:03

27-12

GULNARA

Sual: Salam.Man hayat evini ozalahsdirmak istayiram.Bu evda qeydiyatda 4nafar var,evin ijra hakimiyatinnan certeju var,va domovoy acilib.Evda ki hardasa 7-8 ildi tikilib.Bilmay istayiram evi ozalashdira bilaram qayda qanunnan.Va hansi sanadlar yigmaga bashlayim.

Cavab:  Əgər ev sizə qanuni verilmiş torpaq sahəsində tikilmişdirsə, siz evin qeydiyyata alınması üçün reyestr xidmətinə, oradan imtina etsələr məhkəməyə müraciət edə bilərsiniz. Bunun üçün torpağın mülkiyyət sənədi, evin lahiyəsi, evdə yaşayan yetkinlik yaşına çatan şəxslərin razılıq ərizələri və digər sənədlər tələb olunacaq.

15:21

26-12

NIGAR QURBANOVA

Sual: Men il yarimdi bosanmiam.50manat alimet aliram.Bilmek isteyiremki alimet miqdarini artirmaq olarmi birde maksimum alimet meblegi ne qederdir.

Cavab:

Hörmətli vətəndaş! AR Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
 
 

07:54

25-12

ALINA HESENOVA

Sual: Menim 2 ovladim var azyawli atasindan izin kagizi almadan olkeden cixa bilerem ya yox?

Cavab:

 Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin tələbinə əsasən yetkinlik yaşına çatmayan uşaq ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur: “Ona görə də sizin uşağınızı müvəqqəti də olsa xaricə aparmağınız üçün atasının razılığı tələbi qanunidir. Bilməlisiniz ki, nikahınızın pozulmasına dair məhkəmə qətnaməsində uşağınızın sizin yanınızda qalmasının qət olunması oğlunuzun taleyinə dair sizin təkbaşına qərar vermək hüququnuzu müəyyən etmir. Siz uşağınızı xaricə aparmaq üçün onun atasından notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi almalısınız. Bununla yanaşı, izah edirik ki, keçmiş əriniz belə bir razılığı könüllü vermədiyi halda, uşağın atasının razılığı olmadan xaricə aparılmasına dair ona qarşı iddia tələbi ilə müvafiq rayon məhkəməsində iddia qaldırmaq hüququnuz var. Belə ki, Azərbaycan Respublikasının «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Qanunun 2-ci maddəsinə əsasən valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının da tərəfdar çıxdığı BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyanın 18 və 27-ci maddələrinə görə ata-ana uşaqlarla bağlı birgə məsuliyyət daşıyırlar. Uşaqların ən ümdə maraqları ata-ananın əsas qayğılarının predmeti olmalıdır. Valideynlərin uşaqları ilə bağlı həm hüquqları, həm də vəzifələri vardır. Valideynlər uşaqlarla bağlı hüquqlarını və vəzifələrini istədikləri kimi deyil, qanunda göstərildiyi kimi və bütün hallarda uşaqlarının maraqlarına uyğun gerçəkləşdirməlidirlər. Siz məhkəməyə qeyd olunan iddia tələbi ilə müraciət etdiyiniz halda, əgər məhkəmə sizin tələbinizin yuxarıda göstərilən və digər əlaqəli normativ hüquqi aktlarda nəzərdə tutulan tələblərə və uşağın mənafeyinə uyğun olduğunu müəyyən edərsə, uşağın atasının razılığı olmadan ölkədən çıxarılmasına dair qətnamə qəbul edilə bilər”.

13:31

24-12

AYDIN CEFEROV

Sual: salam,1992 ci ilden 2003 cu ile qeder anamin is staji var lakin pensiya duzeltmek ucun qebul etmirlerki o iller erzinde sosial mudafie fonduna pul odediyiniz haqda arayis getirin,ve o arayisi veren bir quruma da yonlendirmirler,her idare bir soz deyir,adiyati qurumlardan bezisi o illerde isleyenler ucun bele qanun olmadigini deyir,,bilmek isterdim bu arayisi nece ve hardan ala bilerik ve o illerde isleyen insan ucun sosial mudafie fonduna pul odenilmesi haqda arayis lazimdi?xidmetiniz ucun tewekkur edirem

Cavab:  Həmin arayışı işlədəyi təşkilat verməlidir. Çünki, sosial ödəmələr barəsində məlumat vətəndaşın işlədiyi təşkilatda olmalıdır. Əgər bu sənədi əldə edə bilməsəniz, onda pensiyanı məhkəmə qaydasında təmin edə bilərsiniz.

16:14

23-12

BEYFUDOV ANSR

Sual: Salam.Mənim dayım 1 tanışına bankda kredit gptürdüyünə görə zamin durubdur.Həmin krediti götürən şəxs ktediti ödəmək qabiliyyətinə malik olmadıqı ücün bank dayımı məhkəməyə verib ve bircun geri qaytarılmasını tələb edir.Sizdən soruşmaq istəyirəmki dayımın adında mülk var ve o işləmir.Bank borcun ödənilməsi tələbi ilə dayımın evinin satılması barəsində məhkəmədə vəsatət qaldıra bilərmi.Bu halda dayımın hüquqları nədir?Evvelceden təşşəkürümü bildirirəm

Cavab:  Cənab Beyfudov. Zaminlik müqaviləsinə mütləq diqqət yetirmək dayınızın bank qarşısında öz üzrəinə götürdüyü öhədiklərə nəzər salmaq lazımdır. Onu da qeyd edim ki, məhkəmə qaydasında dayınızdan pul tutulsa dayınız Reqres qaydada məhkəməyə müraciət edərək əsas borcludan ödədiyi pului tələb edə bilər.

4 5 6 7 8